AFFA rəsmisinə UEFA-dan növbəti təyinat
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Srvena Zvezda” və İsveçrənin “Yanq Boyz” komandaları arasında keçiriləcək Gənclər Liqasının oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 4-də Belqradda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin