
AFFA rəsmisi Slovakiya millisinin oyununa təyinat alıb
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Moldova – Slovakiya oyununun UEFA nümayəndəsi olacaq.
C Liqasının I qrupunun 4-cü turunda keçiriləcək oyun aprelin 8-də Kişinyovda yerləşən “Zimbru” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


