
AFFA rəsmisi Rumıniya millisinin oyununa təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin C liqasının 4-cü qrupunda keçiriləcək Qazaxıstan – Rumıniya oyununun UEFA nümayəndəsi olacaq.
İyulun 12-də Qazaxıstanın Almatı şəhərindəki Mərkəzi Stadionda təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin