AFFA rəsmisi “Beşiktaş”ın oyununa təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Türkiyədə yerli “Beşiktaş” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 2-ci tur oyununda UEFA Matç direktoru (UEFA Venue Director) qismində çalışacaq.
Qarşılaşma oktyabrın 5-də İstanbulda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin