AFFA rəsmisi Avropa Liqası oyununa təyinat alıb

AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Serbiyada yerli “Baçka Topola” və Yunanıstanın “Olimpiakos” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda hakim-inspektor olacaq.

Qarşılaşma oktyabrın 5-də “TSC Arena”da gerçəkləşəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button