AFFA rəsmisi AÇ-nin 1/4 final matçına təyinat aldı
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov İsraildə 17 yaşadək futbolçular arasında təşkil olunan Avropa çempionatının 1/4 final oyununa təyinat alıb.
Komanda.az xəbər verir ki, o, mayın 26-da Danimarka və Serbiya yığmaları arasında keçiriləcək qarşılaşmada UEFA nümayəndəsi olacaq.
Hacı-Məhərrəmov daha əvvəl A qrupunda Almaniya – Lüksemburq, B qrupunda Fransa – Polşa və D qrupunda Şotlandiya – Portuqaliya qarşılaşmalarında analoji vəzifəni yerinə yetirib.
Avropa çempionatı iyunun 1-də başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin