AFFA Region Liqasının qalibi müəyyənləşdi
AFFA Region Liqasının qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan həlledici matçda “Şimal” və “Hypers” komandaları üz-üzə gəlib.
Oyunun əsas vaxtı 1:1 hesabı ilə nəticələndiyindən qalibi müəyyənləşdirmək üçün əlavə vaxta ehtiyac duyulub. Burada da hesab bərabər olduğu üçün çempion komandanın adına penaltilər seriyasında aydınlıq gəlib. Daha dəqiq olan “Şimal” kollektivi 3:1 hesabıyla qalib gələrək 2023/2024 mövsümündə Region Liqasının çempionu olub.
“Şimal” bu nəticə ilə yeni mövsümdən etibarən Azərbaycan 2-ci Liqasında oynamaq hüququ əldə edib. Məğlub olan filan “Hypers” isə 2-ci Liqanı 13-cü sırada tamamlamış “Şəfa” ilə pley-off matçına çıxacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin