![](https://komanda.az/wp-content/uploads/2022/07/zaur-haci-meherremov.jpg)
AFFA rəsmisinə UEFA-dan yeni təyinat
AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, “Şkendiya” (Şimali Makedoniya) və “Valmeyra” (Latviya) komandaları arasındakı Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda o, UEFA nümayəndəsi olacaq.
Sözügedən oyun iyulun 28-də Skopye şəhərindəki “Todor Proeski National Arena”da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin