AFFA rəsmisi Yunanıstan millisinin oyununa təyinat alıb
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan təyinat alıb.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Millətlər Liqasının qrup mərhələsində keçiriləcək Yunanıstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 13-də Pirey şəhərində yerləşən “Georgios Karaiskakis” stadionunda təşkil olunacaq görüş saat 22:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin