AFFA rəsmisi Türkiyə millisinin oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Məhərrəmov qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin Türkiyə – Serbiya oyununun UEFA nümayəndəsi olacaq.

Oyun fevralın 23-də, İzmirdəki “Gürsel Aksel” stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button