AFFA rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb

AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, qadın futbolçulardan ibarət komandalar arasında UEFA Çempionlar Liqasının birinci mərhələsində iştirak edəcək.

Mehdiyeva 8-ci qrupun oyunlarının UEFA nümayəndəsi olacaq.

Lüksemburqun “Achille Hammerel” stadionunda sentyabrın 4-də, Bakı vaxtı ilə saat 15:00-da BIIK (Qazaxıstan) – NSA (Bolqarıstan), həmin gün saat 21:00-da “Rasinq Union” (Lüksemburq) – “Qalatasaray” (Türkiyə) görüşü keçiriləcək. Sentyabrın 7-də, Bakı vaxtı ilə saat 15:00-da isə cütlərin məğlubları, 21:00-da qalibləri qarşılaşacaqlar.

Mehdiyeva 4 oyunun hamısında UEFA nümayəndəsi kimi fəaliyyət göstərəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button