
AFFA rəsmisi “Partizan”ın oyununa təyinat alıb
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “Partizan” (Serbiya) – “Universitatya Krayova” (Rumıniya) matçının UEFA nümayəndəsi olacaq.
Qarşılaşma oktyabrın 25-də Belqradda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin