AFFA rəsmisi Norveç klubunun oyununa təyinat alıb
AFFA-nın Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Norveçdə yerli “Budo-Qlimt” və İsveçrənin “Luqano” komandaları arasında keçiriləcək Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunun oyununda hakim-inspektor olacaq.
Qarşılaşma noyabrın 30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin