AFFA rəsmisi Gürcüstan millisinin oyununa təyinat alıb
AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, qadın futbolçular arasında Avropa çempionatının pley-off mərhələsində keçiriləcək Gürcüstan – İrlandiya oyununun UEFA nümayəndəsi olacaq.
Oktyabrın 25-də Gürcüstanın paytaxtı Tbilisidə yerləşən “Mixail Mesxi 2” stadionunda təşkil olunacaq görüş saat 20:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin