AFFA rəsmisi Gürcüstan klubunun oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Gürcüstanda “Torpedo” ilə Bosniya və Herseqovinanın “Sarayevo” komandaları arasında oynanılacaq Konfrans Liqasının 1-cu təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
İyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma saat 21:00-da başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin