AFFA rəsmisi FİFA-nın seminarında iştirak edir

AFFA-nın sosial və ətraf mühit dayanıqlığı üzrə meneceri Kifayət Mustafayeva Bruton şəhərində FİFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində keçirilən seminara qatılıb.

Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, seminar 50 ölkədən olan federasiya nümayəndələri üçün uşaqların hüquq və bacarıqlarının müdafiəsi mövzusunda təşkil olunub.

Seminarın təşkilində əsas məqsəd uşaqların hüquqlarının qorunması sahəsində məlumatlılığın artırılması, təhsil və idman sahəsində uşaqların müdafiəsinə yönələn siyasətlərin gücləndirilməsi, mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır.

Mayın 23-dək davam edəcək seminarda müxtəlif mövzularda fikir mübadiləsi aparılır.

Mustafayeva FİFA və İngiltərənin The Open University arasında əməkdaşlıq çərçivəsində təşkil olunan uşaqların müdafiəsi mövzusunda 4-cü kursdadır. İki il davam edən təhsilə 2025-ci ilin avqustunda müdafiə olunaraq yekun vurulacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button