AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 1/8 finalında keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.

Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button