
AFFA rəsmisi “Fənərbaxça”nın oyununa təyinat alıb
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, O, UEFA Avropa Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma sentyabrın 26-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin