
AFFA rəsmisi Çexiya klubunun oyununa təyinat alıb
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
O, Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində iyulun 24-də keçiriləcək “Aktobe” (Qazaxıstan) – “Sparta” (Çexiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma Aktobe şəhərində yerləşən Mərkəzi stadionda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin