AFFA rəsmisi Avropa çempionatının oyunlarında iştirak edəcək

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunan Avropa çempionatının ilkin seçmə mərhələsinin matçlarında iştirak edəcək.

Ağayeva Bosniya və Herseqovina, Lixtenşteyn, Estoniya və Cəbəllütariqin yer aldığı B qrupu görüşlərində UEFA nümayəndəsi olacaq.

Oyunlar oktyabrın 24-dən 30-dək Bosniya və Herseqovinada baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button