
AFFA rəsmisi “Anderlext”in oyununa təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Komanda.az xəbər verir ki, o, Estoniyada “Payde” ilə Belçanın “Anderlext” komandası arasında keçiriləcək UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.
Tallin şəhərində görüş avqustun 3-də olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin