
AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edirlər
UEFA-nın təşkilatçılığı ilə Şimali İrlandiyanın paytaxtı Belfastda qapıçılar üzrə məşqçilərin seminarı keçirilir.
Komanda.az xəbər verir ki, noyabrın 6-dək davam edəcək seminarda AFFA-nın təlimatçıları Faiq Əzizov və Üzeyir İbrahimov iştirak edirlər.
İlk belə seminar 2023-cü ilin aprel ayında Polşanın Qdansk şəhərində təşkil olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin