AFFA rəsmiləri UEFA-nın seminarında iştirak edib

İtaliyanın paytaxtı Romada UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı mövzusunda seminar keçirilib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, seminarda Lisenziyalaşdırma Qrupunun rəhbəri Elçin Məmmədov, eləcə də Lisenziyalaşdırma qrupunun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərov iştirak ediblər.

Toplantıda ötən lisenziyalaşdırma mövsümünün icmalı, “Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” ilə bağlı yeni qaydalar, İtaliya peşəkar futbolunda Klubların Lisenziyalaşdırması və Monitorinqi, UEFA Klubların Monitorinqi və Komplayns, Klubların Lisenziyalaşdırması və Oyunçuların Qorunması, UEFA-nın Məşqçilik Konvensiyası və Məşqçilik Tələbləri, Futbolda Sosial Məsuliyyət/Futbol Dayanıqlığı, Qadın futbolunun inkişafı və digər məsələlər müzakirə olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button