AFFA rəsmiləri milli üzvləri ilə görüşdü

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov və baş katib Sərxan Hacıyev 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.

Komanda.az xəbər verir ki, Milli Komandaların Məşq Mərkəzində təşkil olunan görüşdə AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunlarda uğurlar arzulayıb.

Komandanın baş məşqçisi Elxan Abdullayev AFFA rəsmilərinə təşəkkür edib, seçmə mərhələdə uğurlu nəticə əldə etmək üçün çalışacaqlarını bildirib. AFFA rəsmiləri görüşdən sonra milli komandanın Bakıda keçirilən son məşqini izləyiblər.

U-17 Avropa çempionatının seçmə mərhələsində oktyabrın 24-də Ukrayna, 27-də Bosniya və Herseqovina, 30-da isə Lixtenşteyn yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button