AFFA rəsmisini döydüyü üçün futboldan uzaqlaşdırıldı – 1 illik
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında futzal çempionatında qeydə alınmış mübahisəli durumlarla bağlı qərarlar verilib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, İkinci Liqada çıxış edən “Rəvan”ın oyunçusu ağır cəzaya məruz qalıb.
“Timsport”la görüşün 26-cı dəqiqəsində aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılan Sabir Həsənov yenidən meydana daxil olaraq, hakimləri, AFFA rəsmisini təhqir edib və AFFA rəsmisinə fiziki təsir göstərib.
Bu səbəbdən, Həsənov 1 il müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin