
AFFA rəsmisinə UEFA-dan təyinat
AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Gənclər Liqasının Liqa mərhələsinin 1-ci turunda keçiriləcək “Slaviya” (Çexiya) – “Budyo-Qlimt” (Norveç) oyununun UEFA nümayəndəsi olacaq.
Qarşılaşma sentyabrın 17-də, Praqadakı Radotin İdman Mərkəzində təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



