
AFFA rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva növbəti dəfə UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli “Trabzonspor” və Slovakiyanın “Rujomberok” komandaları arasında keçiriləcək Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab matçında UEFA nümayəndəsi olacaq.
Avqustun 1-də Trabzon şəhərində yerləşən “Şenol Güneş İdman Kompleksi”ndə təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 21:30-da başlayacaq. Səfərdəki ilk görüşdə Türkiyə komandası iki cavabsız qolla qalib gəlib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin