AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək UEFA-dan yeni təyinat alıb.
Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, türkiyəli funksioner Uelsdə TNS və Lüksemburqun “Svift” komandaları arasında keçiriləcək Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Qarşılaşma avqustun 3-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin