AFFA rəsmisi Konfrans Liqasının oyununa təyinat aldı

AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, o, Avstriyanın LASK və Çexiyanın “Slaviya” komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.

Qarşılaşma martın 17-də, Avstriyanın Sankt-Polten şəhərindəki “NV Arena”da gerçəkləşəcək. Komandalar arasında ilk matç martın 10-da Çexiyada oynanılacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button