AFFA rəsmisi Elxan Məmmədovla eyni iclasda
AFFA-nın Protokol Xidmətinin rəisi Orxan Əhmədov türkdilli ölkələrin futbol federasiyalarının Əməkdaşlıq Şurasının iclasında iştirak edib.
Komanda.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, toplantı Tailandın paytaxtı Banqkokda keçirilən FİFA-nın 74-cü konqresində baş tutub.
Yığıncağa Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Türkmənistan, Özbəkistan və Türkiyə futbol federasiyaları qatılıblar. İclasda FİFA-nın Avropa Milli Assosiasiyaları üzrə direktoru Elxan Məmmədov da iştirak edib.
Türkiyə Futbol Federasiyasının Əməkdaşlıq Şurasına sədrlik etməsi qərara alınıb. Qurum iyunun 1-dən bir il müddətinə bu vəzifəni yerinə yetirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin