
AFFA rəsmisi Avropa Liqası matçında
AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-dan növbəti təyinat alıb.
Komanda.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli “Fənərbaxça” və İspaniyanın “Atletik” komandaları arasında keçiriləcək Avropa Liqasının 6-cı tur matçında UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma dekabrın 11-də İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin