AFFA qərar verdi: Yurçeviçlə yollar ayrıldı!
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. İclasda Azərbaycan milli komandasının AÇ-2020-nin seçmə mərhələsindəki çıxışı, baş məşqçi Nikola Yurçeviçin taleyi və başqa məsələlər müzakirə olunub.
Komanda.az-ın əldə etdiyi məlumata görə, iclasda millinin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçlə yolları ayırmaq barədə qərar qəbul edilib.
Yurçeviçin AFFA ilə bir illik müqaviləsi var idi və həmin müqavilə bu ilin sonunda bitir. AFFA xorvat mütəxəssislə müqavilənin müddətini uzatmaq istəməyib.
Azərbaycan millisi Yurçeviçin başçılığı altında AÇ-2020-nin seçmə mərhələsini cəmi 1 xalla başa vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin