
AFFA “Quba”ya xəbərdarlıq etdi
AFFA İntizam Komitəsi 2-ci Liqada mübarizə aparan “Quba” komandasına xəbərdarlıq edib.
Bu barədə Komanda.az-a AFFA-nın mətbuat xidmətindən məlumat verilib.
3-cü turun “Quba” – “”Şəmkir” oyununun 46-cı dəqiqəsində meydan sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə olunub. Bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Quba”ya xəbərdarlıq edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



