AFFA “Qarabağ”ın futbolçusunun cəzasını açıqladı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 7-ci turunun “Sabah” – “Sumqayıt” oyununda “Sabah” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
“Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur.
Premyer Liqanın 7-ci turunun “Zirə” – “Qarabağ” oyununda “Qarabağ” klubunun futbolçusu Rahil Məmmədov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin