AFFA “Qarabağ”ı cərimələdi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, iclasda birinci divizionun sonuncu turu ilə bağlı aşağıdakı qərarlar verilib:

1-ci divizionun 9 -cu turunun “Qarabağ-2” – “Keşlə-2” oyununda “Qarabağ-2” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

“Qarabağ-2” – “Keşlə-2” oyununda topdaşıyan və xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.

“Qarabağ-2” – “Keşlə-2” oyununda diktor vaxtında iştirak etməyərək məlumatların verilməsini təmin etmədiyi üçün meydan sahibi klub 80 manat cərimə olunur.

1-ci divizionun 9-cu turunun MOİK – “Sumqayıt-2” oyununda MOİK klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur.

MOİK – “Sumqayıt-2” oyununda xərəkdaşıyan şəxslərin say tərkibi pozulduğu üçün meydan sahibi klub 80 manat cərimə olunur.

MOİK – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” klubunun futbolçusu İsmayıl Babayev qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button