“Qəbələ”nin futbolçusunun cəzası açıqlandı
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az PFL-ə istinadən xəbər verir ki, iclasda Premyer Liqa və 1-ci divizionun son turları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
Premyer Liqanın 12-ci turunun “Qəbələ” – “Qarabağ” görüşündə oyun öncəsi yanğından mühafizə xidməti nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 400 manat cərimə olunur.
“Qəbələ” klubunun futbolçusu Rövlan Muradov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
1-ci divizionun 11-ci turunun MOİK – “Neftçi-2” oyununda MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin