AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunun oyununda doğma meydanda “Çelsi” (İngiltərə) ilə qarşılaşmasındakı oyunu ilə bağlı təbrik edib.

Komanda.az xəbər verir ki, Rövşən Nəcəf bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Qarabağ” klubu bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda İngiltərənin “Çelsi” klubu ilə oyunda növbəti tarixi nailiyyətə imza atdı. “Qarabağ” komandasını və azarkeşlərimizi ürəkdən təbrik edir, yeni qələbələr arzulayıram”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button