AFFA prezidenti millini təbrik etdi
23 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası 5-ci İslam Həmrəyliyi Oyunlarını üçüncü pillədə başa vuraraq turnirin bürünc medallarını qazanıb.
Komanda.az xəbər verir ki, AFFA-nın prezidenti Rövnəq Abdullayev telefonla zəng edərək millimizi qazandığı nəticə münasibətilə təbrik edib.
Xatırladaq ki, Azərbaycan yığması 3-cü yer uğrunda oyunda Əlcəzairlə qarşılaşıb. Əsas vaxtı heç-heçə (0:0) bitən matçın qalibi penaltilər seriyasında müəyyənləşib – 4:3.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin