AFFA prezidenti: “Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər həyata keçirməliyik”

AFFA-nın prezidenti Rövşən Nəcəf mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Komanda.az xəbər verir ki, o, böyük işlər görməli olduqlarını deyib:

“Bir ildə əldə olunan nəticələr böyükdür. Amma daha çoxuna nail olmaq istəyirik. Futbolu inkişaf etdirmək istəyiriksə, böyük işlər həyata keçirməliyik. Kadr islahatları kiminsə vəzifəyə gəlməsi və getməsi deyil. Kadrların inkişaf etdirilməsi üzərində işləməliyik. Bunlara həkimlər, ot örtüyünə baxanlar, təlimçilər və başqaları daxildir. İstənilən hədəflərə çatmaq üçün yeni əməkdaşlara qapımız açıqdır. Öz yolumuzda irəliləyərkən, peşəkar əməkdaşları cəlb edəcəyik.

Uşaq futbolu, regionlarda futbolun inkişafı, akademiyaların yaradılması üçün külli miqdarda vəsait lazımdır. Maliyyə dayanıqlılığı təmin olunmalıdır. Yalnız AFFA-nın, dövlətin vəsaiti hesabına bütün işləri görmək çətin olacaq. Dünyada gəlirin əsas hissəsini özəl sektor təşkil edir”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button