AFFA prezidenti Elmar Məmmədyarovla hansı dildə danışır?

Mız

Bir neçə ay əvvəl Azərbaycanın xarici işlər naziri postundan uzaqlaşdırılan, “evdən işləyən nazir” kimi ad çıxarmış Elmar Məmmədyarov AFFA İcraiyyə Komitəsinin sonuncu iclasında iştirak edib. İcraiyyə Komitəsinin üzvü olan Məmmədyarovun iclasda iştirak etməsi əslində heyrət olunacaq hadisədir. Axı Elmar bəy nadir hallarda futbola vaxt ayırır, İcraiyyə Komitəsinin iclaslarına qatılır. Amma sevinməyək, axı iclas onlayn formatda keçirilib. Belədə, “evdən işləyən nazir”in evdən onlayn şəkildə iclasa qatılması da normal qarşılanmalıdır.

Azərbaycan dilində danışa bilməyən Məmmədyarovun AFFA İcraiyyə Komitəsinin iclasında hansı dildə danışması isə müəmmadır. Xarici işlər naziri olduğu müddətdə ana dilində danışmağa çalışarkən əhli Azərbaycanın anlaya bilmədiyi Məmmədyarovu AFFA-nın prezidenti Rövnəq Abdullayev necə başa düşür, o da başqa bir müəmma, başqa bir sualdır. Hələ onu demirik ki, Elmar Məmmədyarov futbolla bağlı müzakirələrdə nə fikir bildirə, təkliflər verə bilər. Xülasə, suallar çoxdur. Elə Məmmədyarov ana dilində danışmağa başlayan kimi ortaya çıxan suallar kimi.

Mızbaz

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button