AFFA prezidenti danışılmış oyunlarla bağlı xəbərdarlıq etdi

AFFA-nın prezidenti Rövşən Nəcəf qurumun Hesabat Konfransında iştirak edib.

Komanda.az xəbər verir ki, federasiya rəhbəri danışılmış oyunlarla bağlı cəzaların sərtləşdiriləcəyini deyib:

“Qanunvericiliyə əsasən, danışılmış oyunlardan uzaq olmağı tələb edirik, xahiş etmirik. Futbolçu və futbol ailəsinə yaraşmayan, etikadan kənar olan davranışlar daha sərt şəkildə cəzalandırılacaq. Müxtəlif müzakirələr aparılır. Tətbiq olunan cəzalar daha da sərtləşdiriləcək. İnkişafa nail olmaq istəyiriksə, xoşagəlməz halların, danışılmış oyunların, qeyri-etik davranışların qarşısı sərt şəkildə alınacaq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button