Ayxan Abbasov rəsmi olaraq milliyə baş məşqçi təyin edilib? – AFFA prezidenti ilə görüşdü

Bu gün AFFA prezidenti Rövşən Nəcəf milli komandanın baş məşqçisi Ayxan Abbasovla görüşüb.

Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin əsas millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə oyundakı (1:1) çıxışını yüksək qiymətləndirib.

AFFA prezidenti Ayxan Abbasovla komandanın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandaya növbəti oyunlarda uğurlar arzulayıb.

Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.

Ayxan Abbasov milli komandada baş məşqçi postundan istefaya göndərilən portuqaliyalı mütəxəssis Fernandu Santuşu əvəzləyib.

Qeyd: Bu görüşdən belə çıxır ki, Ayxan Abbasov artıq rəsmi olaraq əsas milli komandanın baş məşqçisi təyin olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button