AFFA Premyer Liqanın 4 klubunu cərimələyib

AFFA Azərbaycan Premyer Liqasında çıxış edən 4 klubu cərimələyib.

Komanda.az xəbər verir ki bu barədə qərar qurumun İntizam Komitəsinin növbəti iclasında qəbul olunub.

Premyer Liqasının 8-ci turunun “Araz-Naxçıvan” – “Səbail” oyununda 4 futbolçusu sarı vərəqə aldığına görə paytaxt təmsilçisi 700 manat cərimələnib.

Sentyabrın 28-də baş tutan “Neftçi” – “Sumqayıt” görüşündə 6 futbolçusu sarı vərəqə cəzası aldığından Sumqayıt klubu 700 manat cərimələnib. Eyni məbləğdə cərimə “Şamaxı” və “Turan Tovuz”a da şamil edilib. Buna səbəb sentyabrın 29-da Şamaxıda sözügedən komandalar arasında keçirilən görüşdə meydan sahiblərinin 4, Tovuz təmsilçisinin isə 5 futbolçusunun sarı vərəqə ilə cəzalandırılması olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button