AFFA Premyer Liqanın 3 klubunu cərimə edib

AFFA İntizam Komitəsi Premyer Liqanın 3 klubunu – “Qəbələ”, “Sabah” və “Neftçi”ni cərimələyib.

Komanda.az xəbər verir ki, buna 16-ci turun oyunlarında baş verən neqativ hallar səbəb olub.

“Kəpəz”lə görüşün 49-cu dəqiqəsində qırmızı vərəqə alan “Qəbələ”nin yarımmüdafiəçisi Emil Səfərov 1 oyunluq cəzalandırılıb. “Qırmızı-qaralar” isə 500 manat cərimə edilib.

Təcili tibbi yardım avtomobili “Səbail”lə ev matçına təyin olunmuş vaxtdan gec gəldiyi üçün “Sabah” 1000 manat ziyana düşüb. Hesab tablosu işləmədiyindən, kluba xəbərdarlıq edilib.

“Neftçi” – “Turan Tovuz” görüşündə də hesab tablosu işləməyib. Bu üzdən “ağ-qaralar” da xəbərdarlıq alıb. Matç bitdikdən sonra meydana kənar şəxslərin daxil olması isə “Neftçi”nin 800 manat cərimələnməsinə yol açıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button