AFFA Premyer Liqanın 3 klubunu cərimələyib
AFFA İntizam Komitəsi “Sumqayıt”, “Sabah” və “Kəpəz” klublarını cərimələyib.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Kəpəz”ə 1:0 hesabı ilə qalib gəldiyi Premyer Liqanın 9-cu turunun oyununda topdaşıyanın künc zərbəsi zamanı topu kənara atmasına görə 1500 manat ziyana düşüb.
Gəncə təmsilçisi 4 üzvü həmin qarşılaşmada sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.
“Sabah” isə “Araz-Naxçıvan”la heç-heçə (1:1) etdiyi qarşılaşmada azarkeşlərin kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirməsinə (bu hal ikinci dəfə yaşandığı üçün) görə 500, matçın ardından meydana kənar şəxslər daxil olduğu üçün 500 manat cərimələnib.
Komitə “Turan Tovuz”a xəbərdarlıq edib. Buna səbəb bölgə klubunun fanatlarının “Zirə”yə 1:2 hesabı ilə uduzduqları görüşdə hakimin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr işlətməsidir.
Bizi Facebook-da izləyin