AFFA, PFL və klub rəsmiləri legioner limitini müzakirəyə çıxardı
Bu gün Bakı Olimpiya Stadionunda AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib.
Komanda.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, iclasda AFFA-nın baş katibi Sərxan Hacıyev, AFFA-nın texniki direktoru Cahangir Həsənzadə, Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin müdiri Elgiz Abbasov, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev və Azərbaycan Premyer Liqasında mübarizə aparan klubların nümayəndələri iştirak edib.
İclasda növbəti mövsümdə Azərbaycan Premyer Liqasında legioner limiti və əvəzetmə sayı ilə bağlı məsələlər müzakirə olunub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin