AFFA Orxan Məmmədovu xatirə hədiyyəsi ilə yola saldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının 20-ci turunun “Qarabağ” – “Sabah” matçından əvvəl baş hakim Orxan Məmmədova xatirə hədiyyəsi təqdim olunub.

Komanda.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Frits Stuxlik karyerasını bitirən 36 yaşlı referiyə forma hədiyyə edib.

Qeyd edək ki, bu, Məmmədovun baş hakim kimi sonuncu matçıdır. Bu barədə ötən gün AFFA rəsmi məlumat yaymışdı.

2005-ci ildən hakimlik karyerasına başlayan sabiq FİFA referisi 2008-10-cu illərdə hakim köməkçisi, 2015-17-ci illərdə isə baş hakim kimi beynəlxalq oyunlara təyinat alıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button