
AFFA-nın vitse-prezidenti İspaniya millisinin oyununa təyinat alıb
AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan növbəti təyinat alıb.
Komanda.az xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində noyabrın 15-də keçiriləcək Gürcüstan – İspaniya oyununun FİFA komissarı olacaq.
E qrupunun qarşılaşması Tbilisidə yerləşən Boris Payçadze adına stadionda təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



