AFFA-nın üzüqara “balalar”ı
Rəşad Ergün
Nə “Neftçi”də, nə “Keşlə”də, nə də “Sumqayıt”da sistemli iş var. “Sumqayıt” ümumiyyətlə, heç vaxt klub cəhənnəmə, komanda olmayıb. Elxan Məmmədovun sadə, zəhmətkeş, aza qane olan sumqayıtlılara klub adı ilə sırıdığı həvəskar komandadır. Amma bu həvəskar komanda Məmmədova, Riad Rəfiyevə milyonlar qazandırır.
“Keşlə” də heç, ən yaxşı vaxtlarında belə, nə etdiyi, nə istədiyi heç kimə məlum deyildi.
“Neftçi” isə çoxdan Azərbaycan futbolunda liderliyi “Qarabağ”a təhvil verib. Avrokuboklarda hər dəfə gücənə-gücənə bir-iki mərhələ keçib dayanan bu komandanın sponsor tərəfdarlarına, media ilə bağlı işinə, TV-sinə baxanda düşünürsən, yəqin “Qalatasaray” zaddır. Elxan Məmmədov gələni-gedəni “xoşbəxt edən” milli komanda ilə bağlı necə layihələr həyata keçirirsə, Kamran Quliyev də “Neftçi”ni elə təcrübə dovşanına çevirib: oyun yox, nəticə yox, amma allı-güllü sponsorlar, TV, sloqanlar, plakatlar var.
Əlbəttə, AFFA-nın sloqanında deyildiyi kimi, “siz birlikdə güclüsüz”.
Bizi Facebook-da izləyin