
AFFA-nın təşkilatçılığı ilə məşqçi kurslarına start verilib
AFFA-nın təşkilatçılığı, “Xudat City” Futbol Akademiyasının dəstəyi ilə D kateqoriyalı məşqçi kurslarına start verilib.
Komanda.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, Xaçmaz rayonu, Xudat şəhərində təşkil edilən kursa 25 nəfər cəlb olunub.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və mütəxəssis Orxan Mikayıllı iştirakçılara kursun mahiyyəti haqqında ümumi məlumat verib, onlara uğurlar arzulayıblar. Kursun ilk günündə AFFA-nın məşqçi kurslarının təlimatçıları İlham Əzizzadə, Dəyanət Əliyev və Fərrux İsmayılov tərəfindən iştirakçılara ilkin futbol bilikləri haqqında məlumatlar verilib.
Kurs 3 gün davam edəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin